Cüdoçularımız Avropa birinciliyini 1 qızıl, 3 bürünc medalla başa vurublar
Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışlarına yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, qitə birinciliyinin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Ən ağır çəkidə (+90 kq) mübarizə aparan Hüseyn Məmmədov Avropa çempionatının bürünc medalını qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Matias Anglioninə qalib gəlib.
Beləliklə, Azərbaycan cüdoçuları Avropa birinciliyini 1 qızıl və 3 bürünc medalla başa vurublar.
Polşa turnirinin ilk günündə Turan Bayramov (60 kq) qızıl, Kamran Süleymanov və Nicat Məmmədli (hər ikisi 55 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Varşavada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...