Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar
İyunun əvvəlində Ermənistan silahlı bölmələrinin Tərtər rayonu istiqamətində atəşkəs rejimini kobud surətdə pozaraq təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı bu gün şəhidin ailəsinə təqdim edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə nazirliyin rəsmiləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, hərbi qulluqçular, ziyalılar və şəhid ailələri üzvləri iştirak ediblər.
Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə nazirinin əmrini oxuyub və medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib. Şəhidin atası və anası “Vətən sağ olsun!” deyərək ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...