Güləşçimiz gümüş medal qazandı

18:08 30-06-2019 | icon 2763
Güləşçimiz gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.

87 kq çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub - 1:3.

Belə ki, ilk dəqiqələrdən təşəbbüsü ələ alan ukraynalı birinci hissədən 3:0 hesabı ilə qalib ayrılıb. Təmsilçimiz ikinci hissədə bir xal qazansa da, bundan artığını bacarmayıb.

1:3 hesabı ilə uduzan Azərbaycan güləşçisi isə Minsk-2019-u gümüş mükafatla başa vurub.


Digər xəbərlər

0.3539080619812