Karateçimiz finalda - Avropa Oyunları

18:12 30-06-2019 | icon 2523
Karateçimiz finalda - Avropa Oyunları

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan karateçisi Firdovsi Fərzəliyev finala yüksəlib.

60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda Rusiya idmançısı Yevgeni Plaxutinə qalib gəlib.

Fərzəliyev finalda latviyalı Kalvis Kalninslə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:16-da başlayacaq.

Qeyd edək ki, bu gün daha bir azərbaycanlı karateçi yarımfinalda qüvvəsini sınayacaq. Rafael Ağayev (75 kq) estoniyalı Pavel Artamonovla qarşılaşacaq.


Digər xəbərlər

0.26622700691223