İcra Hakimiyyəti “Mercedes” yox, “Khazar” alası oldu - Fotolar
Kəlbəcər rayon İcra Hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb. Bu barədə rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov məlumat verib.
O bildirib ki, xidməti maşın başçı üçün deyil, onun birinci müavini üçün alınıb: “Bu, “Azərmaş” ASC-nin istehsalı olan “Khazar Peugeot” sedan markalı avtomobildir. İcra başçısının özü isə “Toyota Avalon” markalı maşın sürür. Düzdür, həmin maşın 2008- ci ildə alınıb. İstismar müddəti 10 il olsa da, icra başçısı Aqil Məmmədov həmin maşından yenə də istifadə edəcək”.
Qeyd edək ki, bir neçə gün öncə rəsmi qəzetlərdə icra başçısı üçün avtomobil alınması ilə bağlı tender elan olunmuşdu. Həmin tenderdə "Mercedes S350" markalı avtomobilin alınması nəzərdə tutulmuşdu. İcra başçısının bahalı avtomobil almaq istəyi müzakirələrə səbəb olmuşdu.
Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu və "Mercedes S350"nin son versiyasını deyil, işlənmişini almağı planladıqlarını açıqlamışdı.
Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti “Mercedes S350” niyyətini "Khazar Peugeot” ilə əvəzləyərək reallaşdırıb...(qafqazinfo)
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...