Hacı Mazan ağır qəzaya düşdü - Vəziyyəti ağırdır

12:47 02-07-2019 | icon 3283
Hacı Mazan ağır qəzaya düşdü - Vəziyyəti ağırdır

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Mazan hazırda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında reanimasiyadadır.

Onun yanına heç kəs buraxılmır və bu saatlarda xüsusi təcili yardım avtomobili ilə Bakıya gətiriləcəyi gözlənilir.

***

İş adamı çənə, bud nahiyyələrindən ciddi sınıq xəsarətləri alıb. 

Hadisə isə Bakı-Astara yolunda, Biləsuvar ərazisindəki körpünün yaxınlığında baş verib.

***

Hacı Mazan bu dəqiqələrdə xüsusi təcili yardım maşını ilə Bakıya göndərilib.

***

Qəza ilə bağlı yeni detal məlum olub. Belə ki, Hacı Mazanın olduğu “Range Rover” 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub.


Digər xəbərlər

0.30772805213928