Beynəlxalq Skaut Düşərgəsinin açılışı olub
30 İyul – 7 iyun 2019-cu il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və İsmayıllı Rayon İcra hakimiyyətinin təşkilati dəstəyi ilə İsmayıllı rayonunun Topçu kəndi ərazisində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən keçirilən Nəsiminin 650 illiyinə həsr edilen “Wonderland Azərbaycan-2019” Beynəlxalq Skaut Düşərgəsinin açılış mərasimi olub. Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda Türkiyə, Rusiya və Böyük Britaniyadan 450 nəfərdən çox iştirakçının yer aldığı beynəlxalq tədbirin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin nümayəndələri, iştirakçı ölkələri təmsil edən skautlar və Azərbaycan Skautlar Assosiasiyasının idarə heyətinin üzvləri iştirak ediblər.
Açılış mərasimini Düşərgə lideri Zamin Məmmədov açaraq, skaut düşərgələrinin tarixi haqqında məlumat verib, düşərgənin gündəlik proqramı haqqında iştirakçıları və qonaqları məlumatlandırıb.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev çıxış edib, İsmayıllının tarixi - mədəni irsi haqqında qonaqlara məlumat verib və belə bir beynəlxalq düşərgəyə ev sahibliyi etdiklərinə görə məmnun olduğunu bildirib.
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Xəqani Əzizov da öz növbəsində düşərgə iştirakçılarını salamlayıb və düşərgədə yarana biləcək bütün təhlükələrə qarşı onların da hazır olduqlarını, eyni zamanda düşərgə müddətində iştirakçılara daim dəstək olacaqlarını bildirib.
Açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan Skautlar Assosiyasının, eyni zamanda, iştirakçı ölkələrinin bayraqlarının təntənəli surətdə qaldırılması ilə yekunlaşıb.
Skautlar günün proqramına uyğun olaraq fəaliyyətlərinə davam ediblər. Düşərgə “Əhli-İrfan”, “İki Cahan”, “Ənəl Həqq”, “Dəryayi-Mühit” adlı alt düşərgələrdən ibarətdir və fəaliyyətləri Nəsiminin əsərlərindəki simvolikalara müşaiyət edilir.
İştirakçılar peşəkar təlimçilər tərəfindən keçirilən atçılıq, atıcılıq, yaylı oxatma, tətbiqi incəsənət, intellektual oyunlar, çaydan keçmə, komanda işi, əyləncəli kimya, elmi mühəndislik, pionerinq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə riskli hallardan xilasetmə təlimləri, ilkin tibbi yardım, dalğıclıq, dağa dırmanma, digər müxtəlif istiqamətli təlimlərlə iyulun
7-dək davam edəcək.
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...