Buffon “Yuventus”a qayıtdı - Fotolar

14:10 04-07-2019 | icon 2511
Buffon “Yuventus”a qayıtdı - Fotolar

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu “Yuventus”a qayıdıb.

41 yaşlı qapıçı tibbi müayinədən keçmək üçün Turinə gəlib. 

 

Müayinədən sonra Buffon sabiq klubu ilə bir illik müqavilə bağlayacaq.
 
İtaliyalı qapıçı bir il ərzində 1,5 milyon avro maaş və bonuslar alacaq.
 
Buffon 2002-ci ildə “Parma”dan 52,8 milyon avroya “Yuventus”a keçmişdi. İtaliya millisinin sabiq üzvü ötən yay PSJ ilə müqavilə imzalamışdı.

 





 

Digər xəbərlər

0.41002488136292