Ticarət mərkəzində yıxılan uşaq ölməyibmiş

14:10 04-07-2019 | icon 2514
Ticarət mərkəzində yıxılan uşaq ölməyibmiş

Gəncə şəhərində azyaşlı uşağın ticarət mərkəzində yıxılaraq ölməsi ilə bağlı detallar məlum olub.

 9 yaşlı Əli Rüstəmzadə pilləkəndən, yəni hündürlükdən yıxılmayıb. Valideynləri ilə birgə ticarət mərkəzində gəzdiyi yerdə uşaq qıcolma keçirib, lakin ata-ananın bundan xəbəri olmayıb.

Onlar bir qədər irəli getdikdən sonra uşağın yanlarında olmadığını və geri baxanda isə Ə.Rüstəmzadənin arxada uzanılı vəziyyətdə olduğunu görüblər.

9 yaşlı uşaq Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

İlkin ehtimala görə, Ə.Rüstəmzadə qıcolma zamanı yıxılarkən başı yerə dəyib.


Digər xəbərlər

0.26382493972778