Baramanın startapları üçün imkanlar genişləndi
2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə sahibkarlıq mühitinin və startap sisteminin inkişafına öz dəstəyini verib. Əsasən, informasiya texnologiyaları sahəsinə aid olan layihələrin və startapların formalaşaraq müstəqil şirkətə çevrilməsində yardımçı olan mərkəz, “Azercell Telekom” MMC-nin brendi olaraq qalmaqla bundan sonra öz fəaliyyətini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyində davam etdirəcək.
Şirkətin mətbuat xidmətindən daxil olan məılumata görə, İnnovasiyalar Agentliyi Mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivlərinə dəstək verməklə onun idarəetməsini həyata keçirəcək. Bunun nəticəsində təşkilati proseslərin səmərəliliyinin artırılması yolu ilə ölkədə sözügedən sistemin inkişafı üçün əlverişli şəraitin yaradılması və daha geniş imkanların təqdim edilməsi mümkün olacaq. Qeyd edək ki, hazırda Barama 15 startapa dəstək göstərməkdədir.
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...