UEFA-dan Stuxlikə 2 təyinat

19:05 04-07-2019 | icon 2812
UEFA-dan Stuxlikə 2 təyinat

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik təyinat alıb. O, Avropa Liqasının I təsnifat mərhələsinin iki oyununda iş başında olacaq.

İyulun 11-də Şotlandiyanın Aberdin şəhərindəki “Pittodrie” stadionunda keçiriləcək “Aberdin” (Şotlandiya) – “Rovanyemi” (Finlandiya) və iyulun 18-də Polşanın Krakov şəhərindəki “Krakov” stadionunda baş tutacaq “Krakovya” (Polşa) – “Dunajska Streda” (Slovakiya) qarşılaşmasının hakim-inspektoru Fritz Stuxlik olacaq.

 

 

Digər xəbərlər

0.26168704032898