Baş məşqçi də lezbiyandır, futbolçular da... - Fotolar

09:39 05-07-2019 | icon 46
Baş məşqçi də lezbiyandır, futbolçular da... - Fotolar
loading...

Futbol üzrə qadınlar arasında keçirilən dünya çempionatında 41 lezbiyan futbolçu çıxış edib.

Bunlar arasında yetərincə məşhur olan oyunçular da var.

Lorena Benítez (Argentina)

 

20 yaşlı Lorena Benitez dünyanın görkəmli qadın futbolçularından biri sayılır. O, bu ilin mart ayında Argentina yığmasında debüt edib. Mundialdan öncə isə onun "xanımı" əkiz uşaqlar dünyaya gətirib.

Sam Kerr (Avstraliya)

25 yaşlı Sam Kerr Avstriyalı millisinin heyətində qrup mərhələsində poker edib. Yamayka yığmasının qapısına 4 qol vuran Kerr Nikki Stanton ilə münasibətdədir.

Cloe Loqarzo (Avstraliya)

O, ölkəsində "Sidney" klubunun şərəfini qoruyur. 24 yaşlı futbolçu 2017-ci ildən amerikalı softballer Casmin Peterslə münasibətdədir.

Tameka Yallop (Avstraliya)

Tameka bu ilin əvvəlində "Klepp IL" klubundan komanda yoldaşı olan Kirsti Yallopla evlənib.

Rebekka Quinn (Kanada)

Kanada millisinin üzvü Karolinada təhsil alarkən tanış olduğu Lili adlı qızla sevgilidir.

Kailen Şeridan (Kanada)

Kanada millisinin qapıçısı Kailen Şeridan isə "Sky Blue" klubunda çıxış edir. O, millidə 2016-cı ildə debüt edib.

Beth Mead (İngiltərə)

O, İngiltərənin müxtəlif yaş qrupları üzrə millilərində çıxış edib. Futbolçu karyerasına 10 yaşında başlayan Mead hazırda hollandiyalı qadın futbolçu Danielle van de Donkla münasibətdədir.

Meaddan başqa İngiltərə millisinin lezbiyan olan daha 4 futbolçusu var. Bunlar Jodie Taylor, Karen Bardsley, Lusi Staniforth və Raşel Dalidir.

Anouk Dekker (Hollandiya)

Dekker "Monpelye" klubunun üzvdür. 32 yaşlı hücumçu Hollandiya millisi ilə 2017-ci ildə Avropa çempionu olub. Onun amerikalı qadın futbolçu Genessee Daughetee ilə münasibətdə olduğu bildirilir. Cütlük iki il eyni komandada çıxış edib. Bundan başqa, Hollandiya millisinin digər üzvləri Vivianne Miedema, Sherida Spitse, Merel Van Dongen və Danielle van de Donk LGBT üzvləridir.

Maqdalena Eriksson (İsveç)

Maqdalena ilə yanaşı, İsveç millisinin 6 lezbiyan üzvü var. Onun özü danimarkalı Pernille Harderlə münasibətdədir.

Pia Sundhage (İsveç, baş məşqçi)

İsveç millisinin baş məşqçisi Pia Sundhage də lezbiyandır. O, 2012-ci ildən yığmanın "sükanı arxası"ndadır. Pia 2008-2012-ci illər arasında ABŞ millisini çalışdırıb. 2012-ci ildə isə FIFA tərəfindən ilin baş məşqçisi seçilib.

O, lezbiyan olduğunu 2010-ci ildə televiziyada qatıldığı verilişlərin birində etiraf edib. 

Jill Ellis (ABŞ, baş məşqçi)

ABŞ millisinin baş məşqçisi Jill Ellis də dünya çempionatında çıxış edən lezbiyanlardandır. O, yığmanın baş məşqçi postuna 2014-cü ildə gətirilib və bir il sonra ABŞ millisi ilə mundiala vəsiqə qazanıb. O, 2013-cü ildə Betsi Stephenson adlı qadınla evlənib. Cütlüyün övladlığa götürdüyü Lili adlı qızı da var. Baş məşqçi ilə yanaşı, ABŞ millisinin futbolçuları Ali Krieger, Meqan Rapinoe, Eşlin Harris,Adrianna Franş və Tierna Davidson da LGBT üzvüdür.

 

 

Digər xəbərlər

0.32759499549866