Arzu Əliyevanın filmi Avropa Şurasında nümayiş etdirildi - Fotolar
Strasburqda Avropa Şurasının mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Bakı Media Mərkəzinin dəstəyi ilə reallaşmış təqdimatda diplomatik korpus və təşkilatın əməkdaşları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov ölkəmizin diplomatik xidmət orqanlarının yaranması tarixindən və qısa müddətdə gördüyü işlərdən danışıb. O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirib ki, ekran əsəri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir. Ekran əsəri xalqımızın dünyəvi və demokratik dəyərlərə XX əsrin əvvəlindən sahib olduğunu göstərir.
Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sonda tədbir iştirakçılarına “İRS” jurnalının Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi təqdim edilib.
-
Mübariz Mənsimova həsr olunan filmin anonsu yayımlandı - Video
...
-
Bu gündən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
...
-
“Sizi həm də Vaqif Mustafazadəyə görə sevirəm” - Əfsanəvi müğənni Bakıda - Fotolar
...
-
Afaq Bəşirqızı illər sonra səhnəyə çıxdı - Video
...
-
Kəmaləddin Heydərov ermənilərin oğurladığı mahnısından danışdı - “Onlar kimdir ki, biz onlara baş qoşaq”
...
-
10 yaşlı Nurayın ifası gündəm oldu - Video
...
-
Musiqili Teatrın kollektivi Şəkidə uğurla çıxış edib
...
-
Dilarə Əliyeva “Nazlı-qəmzəli”ni canlandıracaq - Fotolar
...
-
Namiq nostalji meyxanalarına yeni klip çəkdi - Video
...
-
Heydər Əliyev Mərkəzinin parkında caz konserti - Fotolar
...