Süleyman Mikayılov Sanqaçalda səyyar qəbul keçirdi

16:12 05-07-2019 | icon 135
Süleyman Mikayılov Sanqaçalda səyyar qəbul keçirdi
loading...

İyulun 5-də Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən Sanqaçal Elektrik stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri, 100-dən çox qəsəbə sakinləri iştirak edib.

Qəsəbə sakinlərindən 13 nəfər fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbuldan sonra işsizliklə bağlı səyyar qəbulda müraciət etmiş vətəndaşların müraciətləri Sanqaçal Elektrik stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri tərəfindən araşdırılıb və onlara müvafiq işlər təklif edilib.

 




Digər xəbərlər

0.21917581558228