Texniki Universitetin tələbələri “Xaliq Faiqoğlu”da təcrübə keçəcək
“Xaliq Faiqoğlu” şirkəti ilə Azərbaycan Texniki Universiteti arasında imzalanmış müqaviləyə əsasən tələbələrin “İstehsalat təcrübəsi - II” proqramının icrasına başlanılıb.
Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, universitetin prorektoru, Elton Məmmədov və Nəqliyyat fakültəsinin tələbələrinin iştirakı ilə tanıtım turu təşkil edilib. Tur çərçivsində tələbələr şirkətin təmir mərkəzində yaradılan şəraitlə tanış olub, onlara təcrübə keçəcəkləri istehsalat sahələri, iş prinsipləri və sair barəsində məlumatlar verilib. Daha sonra istismar prosesi ilə bağlı ərazidə olan tələbələri maraqlandıran suallar cavablandırılıb. Şirkətin baş ofisində müşahidə işinin təşkili, avtobusların video-kameralar və gps sistemləri ilə izlənməsi prosesi ilə tanış olan tələbələrə bu sahə barəsində də ətraflı məlumatlar verilib.
Tanıtım turunun yekununda şirkətin təsisçisi Faiq Seyidovla tələbələrin görüşü keçirilib. Şirkət rəhbəri gənclərə gələcək işlərində uğurlar arzulayıb, onların 08.07.2019-02.08.2019-cu il tarixini əhatə edən təcrübə proqramı çərçivəsində əldə edəcəkləri biliklərin gələcək həyatlarında faydalı olacağına əminliyini ifadə edib. Elton Məmmədov artıq ikinci ildir tələbələrin “Xaliq Faiqoğlu” şirkətində istehsalat təcrübəsi keçəcəklərini diqqətə çatdırıb və yaradılan şəraitə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, təcrübə proqramı zamanı “Xaliq Faiqoğlu” şirkətinin yerli və xarici mütəxəssisləri bilik və bacarıqlarını tələbələrlə bölüşəcək. Yüksək nəticələr götərmiş gənclərə şirkət tərəfindən sertifikatlar veriləcək.
-
“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma
...
-
"Nar"dan yeni xidmət: NaviMax GPS izləmə imkanı
...
-
“Volt Azərbaycan”ın fəaliyyəti dayandırıldı
...
-
Neftimiz bahalaşmaqda davam edir
...
-
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub
...
-
Çörək ucuzlaşıb, ət bahalaşıb - Rəsmi
...
-
Azərbaycanda hansı komfortlu avtomobillər geniş yayılıb - Araşdırma
...
-
Müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
...
-
Neftimizin qiyməti 89 dollara düşdü
...
-
Azərbaycanda siqaret bir az da bahalaşdı
...