Yanan “Ağ çiçəyim”in sahibinə nə qədər ziyan dəyib? - Şirkətdən açıqlama
Nizami rayonunda yerləşən “Ağ çiçəyim” gül mağzasında baş verən yanğın nəticəsində sahibkara dəyən ziyanın məbləği araşdırılır.
Yanğın dam örtüyündə elektrik xəttindən başlayıb. Nəticədə örtüyün 70 kvadrat metr ərazisi yanıb. Yanğından sonra aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, 50-60 min manatlıq gül və toxumlar, kimyəvi maddələr məhv olub.
İlkin ehtimala görə, obyekti sığortalanmayan sahibkara 80 min manat məbləğində ziyan dəyib.
Lakin "Ağ Çiçəyim" şirkətindən "Qafqazinfo"ya bildirilib ki, hazırda dəyən ziyanın məbləği tam dəqiq deyil. Araşdırma aparılır, yekunda məbləğ bəlli olacaq. İlkin hesablamalara görə, şirkətə cüzi ziyan dəyib.
Qeyd edək ki, hazırda məsələ Fövqəladə Hallar Nazirliyinin ekspertləri tərəfindən araşdırılır.
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...