Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.
“Azeripress” Azərtac-a istinadən xəbər verir ki, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.
Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb.
Qeyd edək ki, 65 evdən ibarət bu kənd münaqişə başlayandan 8 şəhid verib. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub.
-
Azərbaycan Ermənistana xəbərdarlıq etdi
...
-
Azərbaycanı dəstəkləyən görünməz güc - Müharibənin sensasion pədəarxası
...
-
Ordumuz Kəlbəcərə daxil oldu - Rəsmi
...
-
Azərbaycan Ordusu Ağdama bayrağımızı sancdı
...
-
Azərbaycan Ordusunun bölmələri Ağdama daxil olub
...
-
Ermənilər indi də Ağdamda evləri yandırır - Video
...
-
Ermənilərin Xankəndində şok planının üstü açıldı - Video
...
-
Atəşkəs elan olundu!
...
-
Erməni müxalifəti Paşinyanın istefasını tələb edir
...
-
Bu yüksəkliklər artıq bizdədir
...