Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən daim düşmənin silahlı birləşmələrinin atəşi altında olan Qazax rayonunun sərhədə ən yaxın məsafədə yerləşən Məzəm kəndində sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə yol kənarına istinad divarı çəkilir.
“Azeripress” Azərtac-a istinadən xəbər verir ki, vətəndaşların xahişi nəzərə alınaraq daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.
Hazırda kənddə inşası aparılan hasarın hündürlüyü üç metr, uzunluğu isə 486 poqonmetrdir. Artıq 400 poqonmetrlik hissədə hörgü işləri başa çatıb.
Qeyd edək ki, 65 evdən ibarət bu kənd münaqişə başlayandan 8 şəhid verib. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub.
-
Mövqelərimiz atəşə tutulub - Ordumuz cavab tədbirləri görür
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Ordumuzun mövqeləri atəşə tutuldu
...
-
Mövqelərimiz atəşə tutulub
...
-
Ermənilərin canlı qüvvəsini daşıyan maşını belə məhv edildi - Video
...
-
Müdafiə Nazirliyi son vəziyyəti açıqladı
...
-
Üç şəhidimiz var - Adlar açıqlandı
...
-
XİN məlumat yaydı
...
-
Son əməliyyatdan sonra nəzarətimizə keçən iki kənddən - Görüntülər
...