Bakı - Tbilisi qatarı qəzaya uğradı - Video

01:36 09-07-2019 | icon 5352
Bakı - Tbilisi qatarı qəzaya uğradı - Video

Bakı - Tbilisi qatarı qəzaya uğrayıb.

"Azeripress" Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

 

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Yaralananlar barəsində hələlik məlumat yoxdur.

Dəmiryol vağzalının nümayəndəsi "Qafqazinfo"ya açıqlamasında qatarın hərəkətinin dayandığı təsdiqlənib. O, bu barədə ətraflı məlumata sahib olmadığını bildirib. 

 

 

Digər xəbərlər

0.25470113754272