Azercell-in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət edin
Proqressiv ideyaların dəstəkçisi və təşəbbüskarı kimi tanınan Azercell Telekom-un geniş çeşiddə məhsullar, xidmətlər və həllər bazasına malik olması onun ölkənin telekommunikasiya sahəsinin lideri mövqeyində qərarlaşmasına yardım edib. “
Şirkət yeni nəsil bağlantı erasında öz rəqəmsal həllərini daha da zənginləşdirərək, mobil tətbiqini abunəçilərin istifadəsinə verib. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini App Store və ya Play Store-dan Azercell/Kabinetim açar sözünü axtarışa verməklə, ödənişsiz olaraq yükləmək mümkündür. Tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət, balans artırma, İnternet paketlərinin və Rominq internet paketlərinin aktivləşdirilməsi, tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb.
Müasir texnologiyaların və biznes həllərin köməyilə insan həyatını asanlaşdırmağı hədəfləyən Azercell ilə rəqəmsal dünyanın yenilikləri indi daha əlçatandır.
Azercell “Kabinetim” tətbiqini yüklə və rahatlıqdan zövq al!
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...
-
“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
...
-
Mikayıl Cabbarov “TikTok”un vitse-prezidenti ilə görüşdü
...
-
Orta aylıq əməkhaqqı 923 manata çatıb
...
-
Söhrab Cabbarov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb"
...
-
Metrostansiyaların sayı artırılacaq
...
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...