Azərbaycan millisinin baş məşqçisi istefa verdi

11:02 10-07-2019 | icon 2697
Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Boks üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov istefa verib. O, bu barədə öz feysbuk hesabında məlumat paylaşıb.

 

Mütəxəssis Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb: “Mənim Azərbaycan Boks Federasiyasının dəvətilə millidə keçirdiyim 3 il başa çatır.  2 il yeniyetmələr, 1 il isə əsas komanda ilə çalışdım. Bu müddətdə 4 qızıl, 5 bürünc və 2 gümüş medal əldə etdik. Hər kəsə təşəkkürümü bildirirəm”.

 


Digər xəbərlər

0.24220681190491