“Səylərinizi həqiqətən qiymətləndirirəm” - Donald Tusk
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub. Daha sonra tərəflər geniş tərkibdə görüşüblər.
İlham Əliyev Tusku salamlayıb, səfərin uğurlu keçəcəyini vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti də öz növbəsində Əliyevə təşəkkürünü bildirib: “Sizin qonağınız qismində burada - Bakıda, Azərbaycanda olmaq hər zaman böyük məmnuniyyətdir. Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir. Mənim niyyətim Avropada bizim hamımız üçün Sizin ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Mənim mesajım tamamilə aydındır.
Mən bizim əlaqələrimizə gəldikdə, Sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən Sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və Sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir. Bir daha təşəkkür edirəm, cənab Prezident!”
Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin Donald Tuskla işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.
-
Sülh sazişi niyə imzalanmır? - Video
...
-
Qarşılıqlı həmrəylik və dəstək güclü olanda
...
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...