“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov

11:22 10-07-2019 | icon 3154
“Qələbə qazanmaq istəyirik” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Partizani" ilə sabah səfərdə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında iştirak edib.

O, Albaniyaya qələbə dalınca getdiklərini bildirib:

 

“Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki,azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Rəqibin yeni baş məşqçisi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.


Digər xəbərlər

0.30413198471069