Şeytanlar şəbəkəsi İsmayıllıya münasibətdə yenə də fitnə toru toxuyur

12:45 10-07-2019 | icon 2325
Şeytanlar şəbəkəsi İsmayıllıya münasibətdə yenə də fitnə toru toxuyur

Əvvəlki yazılarımda dəfələrlə qeyd etmişəm ki, İsmayıllıda yaşamasam da, onun hər bir anı, günü, ayı ilə maraqlanır, yaxşı işlərindən sevinir, pisliyinə çalışanları lənətləyirəm. Deyim ki, sevincim daha çox olur. Ancaq ailəsinin dolanacağını şər-böhtan, iftira, yalan və təhqirlə təmin etmək istəyənlərin də yanından biganəliklə ötə bilmirəm.

09 iyul 2019-cu il tarixdə sosial şəbəkələrdəki İsmayıllı ünvanlı şər, böhtan, yalançı “şok”, qondarma həyəcan siqnalı, insan hüquq və azadlıqlarına qəsd, təhqir, fitnə-fəsad məni narahat etdi. Bölgəmin, onun ləyaqətli insanlarının vurğunu olduğum üçün təcili İsmayıllıya gəldim və qaz yanacaqdoldurma məntəqəsinin sahibi Rafiq İsmayılovla görüşdüm.

İlk olaraq onu qeyd edim ki, mən İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova ilə şagird olduğu illərdən tanımışam. Vətəndaş mövqeyinə, insani keyfiyyətlərinə, ləyaqətinə, tərbiyəsinə və tərbiyəçiliyinə, dövlət siyasətinə görə bir çoxlarından seçilir, qanuna hörməti, dövlətə sədaqəti gündəlik fəaliyyətində özünü göstərir.

Araz Abdullayevin yararsız fikirlərini əsas götürüb qaz yanacaqdoldurma məntəqəsini S.Əhmədovanın adına yazır və iddia edirlər ki, xanım ətrafda yaşayanların həyatına təhlükə yaradır.

Qeyd edim ki, Araz özü təhlükə yaradan adamlar sırasındadır: ictimai təhlükə, ekoloji təhlükə və məişət təhlükəsi. Abdullayev sahibkarlıq obyektini açan kimi başqa-başqa yerlərdən qızları gətirib çayxana və pivəxanasında işlədirdi. Bu yolla qazanc əldə etmək istəyirdi. Aid orqanlar tərəfindən belə hala çox tezliklə son qoyuldu. Araz nəticə çıxarmaq əvəzinə təqsiri qaz yanacadoldurma məntəqəsinin işçilərində gördü. Araz kimilər üçün saytının qapılarını geniş açanlar utanmadan tanımadıqları, bələd olmadıqları xanım müavinin ünvanına vicdanla bir araya sığmayan sözlər yazdılar.

Mən dəqiqliklə öyrəndim ki, qaz yanacaqdoldurma məntəqəsinin sahibi Sevil xanımın qardaşı Rafiq İsmayılovdur. Məntəqə 1998-ci ildə 0,2 hektar sahədə aid təşkilatların rəyi və RİH başçısının sərəncamı əsasında açılıb. Həmin ildə də lisenziya alınıb, sonuncu lisenziya 16 noyabr 2018-ci il tarixdə ASAN xidmətdən alınıb. Məntəqəyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təhlükə Potensiallı Obyektlərin Dövlət Reyestiri xidməti 4 may 2018-ci il tarixdə 2023-cü ilə qədər müddəti olan təhlükəsizlik sertifikatı verib. Arazın yazdıqlarına inanıb səhifəsində ona yerə verən saytların yazdıqlarına rəğmən, heç bir İsmayıllı sakininin həyatı üçün qaz yanacaqdoldurma məntəqəsi təhlükə törətmir və törədədə bilməz. Elə bir təhlükə olsa idi, ona ən birinci rayonun əhalisinin yaşamına cavabdeh olan rayon icra hakimiyyəti reaksiya verərdi. Təhlükə Araz kimi adamlardan, onların yalanını kor-koranə qəbul edən sayt sahibləri və redaktorlardan gəlir.

Qara əməlli, qaranlıq məqsədli, şərə uyan, gavura xidmət edən, qanundan və Allahdan qorxmayıb, insanların haqqına girən elektron KİV rəhbərləri madiyyata görə mənəvi cəhətdən bu qədər enməyi, fəaliyyətindən bixəbər olduqları xanıma bu qədər hörmətsizlik etməyi özlərinə necə rəva görürlər? Ölkə rəhbərinin sərəncam, göstəriş, tapşırıq və tövsiyələrini məsuliyyətlə yerinə yetirən İsmayıllı rayon icra hakimiyyətinin uğurları onları bu dərəcədə kor edibmi?

Xalq şairi Musa Yaqubun aşağıdakı misralarına diqqət yetirmək hamımızın xeyrinə olardı:

Orda bulanıq su hopur torpağa,

Burda üzə çıxıb dönür bulağa.

Hələ ki vaxtımız var durulmağa,

Bir sabah sənindi, bir sabah mənim

Vahid Xəlilov

veteran jurnalist


Digər xəbərlər

0.27331113815308