Sevinc Qədirova “Azərbaycan Dəmir Yolları”ndan ayrıldı
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb. Bu barədə Musavat.com-a S. Qədirovanın özü məlumat verib. O bildirib ki, bundan sonrakı fəaliyyətini Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək. S. Qədirova söyləyib ki, bu qərar Cavid Qurbanova aiddir:
“Bu barədə məlumatı ilk olaraq sizə verirəm. Artıq dünəndən etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə getmirəm. Yeni işimə isə dərhal başlamaq fikrində deyiləm. Çünki səhhətimlə bağlı problemlər buna imkan vermir. Əməliyyat olunmalıyam və ona görə də Cavid müəllimdən 1 aylıq məzuniyyət izni almışam. Qeyd edim ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 4 il idi ki, çalışırdım və bu müddət ərzində məzuniyyətə çıxmamışdım. Ona görə də qərara gəldim ki, öncə müalicəmlə məşğul olum, sonra isə enerji ilə yeni işimin başına keçim”.
S. Qədirova bildirib ki, Azərbaycan Voleybol Federasiyasında çalışmaq onun üçün heç də çətin olmayacaq:
“Yenə də eyni işi görəcəyəm. Yəni jurnalistlərlə çalışıb, görülən işlərin ictimailəşməsi ilə məşğul olacağam. Dəmir yolu çox ağır sahədir. Həm özümə vaxt ayıra bilmirdim, həm də səhhətimdə problemlər yaranmışdı. Ona görə də bir qədər icazə istədim və Cavid Qurbanovdan yeni işlə bağlı təklif aldım. Dərhal da bununla razılaşdım. Yəni özümü orada da görürəm. Yenə də Cavid Qurbanovun rəhbərliyi altında işləyəcəm. Biz bir komandayıq. Məni dəmir yollarına özü təyin olunandan bir neçə ay sonra Cavid Qurbanov gətirib. Mənim üçün işin fərqi yoxdur. O hara deyirsə, ora da getməliyəm. Təki Cavid Qurbanovla işləyim”.
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...
-
Dərin siyasi zəka, tükənməz iradə sahibi
...
-
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir
...
-
Qələbəmizin növbəti rəmzi - Zəfər meydanı
...
-
Azərbaycanda Novruz bayramıdır
...
-
Ramazanın onuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahdan Novruz tətili başlayır
...
-
Aydın Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...