Dana monopilisti Teyyub Hüseynov baş redaktora təzyiq edir

01:58 11-07-2019 | icon 27
Dana monopilisti Teyyub Hüseynov baş redaktora təzyiq edir
loading...

Azərbaycan iqtisadiyyatında ən ciddi problem inhisarçılıqdır. Bu barədə nəinki müstəqil ekspertlər, millət vəkilləri, hətta ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə açıqlama verib və  problemin aradan qaldırılması üçün ortaya konkret mövqe qoyub. 

 

 Bütün bunları nəzərə alan  NUH.az saytı  ölkədəki monopoliya ilə bağlı  30 iyun 2019-cu il tarixdə  "Teyyub Hüseynovun dana monopoliyası" başlıqlı araşdırma yazısı  dərc edib. Məlumdur ki, bəzi  işbazlar  imkan vermir ki, müstəqil ölkəmizdə sözün həqiqi mənasında sağlam rəqabət mühiti olsun, azad bazar formalaşsın, inhisarçılıq aradan qalxsın, qiymətlər süni yolla şişirdilməsin, bazarda qiymətlər od tutub yanmasın və nəticədə kasıb təbəqənin də yaşamaq imkanı olsun. Və sonda  cəmiyyət iqtidardan narazı qalmasın. Təəssüf ki, bəzi monopolistlər ölkə başçısının yürütdüyü siyasi-iqtisadi siyasətə məhəl qoymayaraq öz köhnə zərərli vərdişlərini hələ də davam etdirirlər. 

 

Ötən yazımızda qeyd etdiyimiz kimi belə monopolistlərdən biri də   Tovuz rayonunun Əlimərdanlı kəndindən anadan olan, Rusiyda  "Timur", Azərbaycanda "Peykan"  ləqəbi ilə tanınan Hüseynov Teyyub Məhəmməd  oğludur. 

Qısa xatırlatma üçün bildirək ki, Teyyub Hüseynov Ukrayna Respublikasında "Brodi MİT EKSPORT" şirkətini yaradaraq ( direktor  Teyyubun adamı Pərvizdir) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Daha dəqiq desək, Rusiya - Ukrayna arasındakı siyasi gərginlik  səbəbindən və  ikitərəfli  sanksiyaların  tətbiqindən, tranzit qadağasından  istifadə edən  Teyyub Hüseynov  Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını öz əlinə keçirib və  qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə  Azərbaycana ixracına tam nəzarət edir.  Hər  birinin orta çəkisi 300-400 kq  olan 80 baş diri  heyvanın olduğu bir maşın üçün  sahibindən 7500 dollar alan  Teyyub  malın Azərbaycana ixracına icazə verir.  Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar  deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay  275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar.  Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu  xərci  "Peymanın rüsumu"na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə,  55 qəpik rüsum alır. Yazdıqlarımıza şübhə edənlər  gömrüyün rəsmi statistikasını qaldırıb "BRODİ MİT EKSPORT" şirkətinin  son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Ötən yazımızda  onu da qeyd etmişdik ki, diri mal-qaranın ixracı ilə bağlı Brodi şirkəti ilə  Azərbaycanda fəaliyyət  göstərən RETRO Holding  şirkəti arasında müqavilə var.

 

Məqalə NUH.az saytında dərc olunandan sonra özünü gah RETRO şirkətinin nümayəndəsi, gah da Teyyub Hüseynovun müdafiəçisi kimi təqdim edən Emin adlı şəxs saytın baş redaktoru Kamran Məhərrəmliyə müxtəlif mobil  telefonlardan zəng edərək yazılanların həqiqətə uyğun olmadığını, Teyyub Hüseynovun vətənpərvər şəxs olduğunu, ölkədə monopoliya olmadığını bildirərək, görüşmək istədiyini bildirib. 

 

Baş redaktor özünü Emin kimi təqdim edən şəxsə hörmət və etiramla bildirib ki, şirkətin mövqeyini, yaxud  təkzib tələbinizi rəsmi olaraq NUH.az-ın elektron poçtuna göndərin dərc edək, bu  "KİV haqqında Qanun"un tələbidir. Bütün bunlara baxmayaraq şirkətin nümayəndəsi təkidlə görüşməyi tələb edib və əks təqdirdə saytın sifarişlə yazdığını, guya gizli danışıqlarımızı aşkar edəcəyini və bizi reket saytlar siyahısına saldıracağı ilə bağlı hədə-qorxu gəlib. Bir daha  yazıda adı keçən şirkətin rəsmi şəxslərinə çatdırırıq ki, öz rəsmi mövqelərini bildirsinlər. Qarşı tərəfin şifahi iradına  cavab olaraq bildiririk ki, Teyyub Hüseynovun Ukraynada daha bir şirkəti fəaliyyət göstərir: "Kompaniya MİT  Treyd" ( Kompaniya MEAT TRADE). Yazdıqlarımızın həqiqətə uyğun olmadığını bildirən qarşı tərəfin nəzərinə çatdırırıq ki, Teyyub Hüseynov  2018-ci ilin may ayınadək Azərbaycanda "MEAT PRODUCTS" şirkətinə də  diri mal-qara ixrac edib. 

 

Teyyub Hüseynovun dana monopoliyası ilə bağlı araşdırma davam edir. 

 

 

Dana monopilisti  Teyyub  Hüseynov  baş redaktora təzyiq edir

 

Dana monopilisti  Teyyub  Hüseynov  baş redaktora təzyiq edir

 

Dana monopilisti  Teyyub  Hüseynov  baş redaktora təzyiq edir

 

Dana monopilisti  Teyyub  Hüseynov  baş redaktora təzyiq edir

 

Dana monopilisti  Teyyub  Hüseynov  baş redaktora təzyiq edir

Digər xəbərlər

0.88718295097351