Gömrük-Karqo-Vergilər problemi necə həll olundu? Vöen-siz yükdaşıma davam edir
Bir neçə gün əvvəl Sədərək Ticarət Mərkəzindəki sahibkarlar etiraz aksiyası keçirərək yaranmış Karqo probleminin həll olunmasını tələb etdilər. Bəlli oldu ki, Vergilər Nazirliyi sahibkarlardan malları öz adlarına və vöenlə gətirməsini tələb edir. Əslində bu işin qanuni tərəfidir və görünən odur ki, Vergilər Nazirliyinin məqsədi dövlət budcəsindən yayınan küllü miqdarda vəsaitin qarşısını almaqdır.
Bəs sonra nə baş verdi? Problem necə həll olundu? Əcəba, sahibkarlar vöenlə öz adına mal gətirməyə razı idisə o zaman niyə etiraz edirdilər? Nə baş verdi və necə oldu ki, bəlli sakitlik yarandı? Məqsəd nə idi?
Bizimxeber.az-ın məlumatına görə, “problemin” həlli üçün “yeni qaydalar” yaradılıb. Bu “qayda”ların nəticəsidir ki, günlərdir nə sahibkarın səsi çıxır, nə Gömrük Komitəsinin adı çəkilir, nə də Karqoların işi axsayır. Hamı öz işindədir. Dövlət büdcəsindən başqa hamı qazanır.
Məlumata görə, Sahibkar + Karqo+Gömrük+ Vergilər razılaşıb. Daha doğrusu, indi sahibkarlar 4 dollardan bir qədər ucuz qiymətə, Karqo rəhbərliyinin razılığı ilə vöensiz nə qədər istəsən ölkəyə mal gətirə bilir. Ölkəyə yük daşıyan bir neçə Karqo şirkəti var ki, onlar məişət avadanlıqlarını ümumiyyətlə, vöensiz gətirir. Bunu şirkətlərdə gizlətmirlər və birmənalı olaraq bildirirlər ki, bu növ malları vöen olmadan da gətiririk. Sadəcə yükün çəkisini, kubunu hesablayıb demək lazımdır ki, qiymət desinlər. Vöen istənilən malları da problemsiz gətirmək olur. Sadəcə çəkisinə və sahibkarın fərasətinə qalıb.
Beləcə, indi hamı hər kilosuna 4 dollar ödəməklə istədiyi yükü vöensiz ölkəyə gətirə bilirsə deməli daha vergilərlə problem qalmayıb. Elə deyilmi Mikayıl Cabbarov? Əgər daha sahibkardan vöen istəmirlərsə Gömrük də əlavə problemlər yaratmayacaq. Elə deyilmi Səfər Mehtiyev? 4 dollar həm vöendir, həm də təminat? Problem elə bu idimi?
Məlumat üçün bildirək ki, ölkəyə ən rahat və problemsiz yük daşıyan şirkət “Şah Karqo”dur. Bu şirkət məişət avadanlıqlarını vöensiz gətirə bilir və heç bir problemin yaranmayacağına tam təminat verir.(bizimxeber)
-
Haqq-ədalət yerini tapanda
...
-
Qarabağ Azərbaycandır!
...
-
Prezident müasir təcili yardım maşınları ilə tanış oldu - Fotolar
...
-
Forum iştirakçılarının sayı rekord həddədir
...
-
Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır
...
-
Azərbaycan dünya siyasətinin mühüm iştirakçısına çevrilib
...
-
Azərbaycan inteqrativ təşəbbüslərlə çıxış edir
...
-
Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtı
...
-
ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb
...
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
...