Cüdoçularımız da dopinqə düşdü
Azərbaycanın daha 5 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb. Bunu Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) rəsmi saytı vasitəsilə yayıb.
Bildirilir ki, cüdoçular Rüfət İsmayılov, Aliyə Müslümova, atlet Azər Əhmədov, velosipedçi Kiril Pozdnyakov və ağırlıqqaldıran Orxan Zeynalov yarışlardan diskvalifikasiya olunub. Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb.
Rüfət İsmayılov 1 illik diskvalifikasiyaya məruz qalıb. Onun cəzası ötən il mayın 22-dən hesablanıb və müddət artıq başa çatıb. Aliyə Mürsəlova 2 illik cəzalandırılıb. Onun cəzası 11 aprel 2019-cu ildən hesablanıb.
Azər Əhmədovun da cəza müdddəti başa çatıb. Onun diskvalifikasiya dövrü 23 noyabr 2017 - 23 may 2019-cu ili əhatə edib.
Kiril Pozdnyakov 24 aylıq diskvalifikasiya məruz qalıb. Onun cəzası bu ilin may ayının 11-dən hesablanıb və sanksiyanın son 6 ayı sınaq müddəti olacaq.
Ən ağır cəza Orxan Zeynalova verilib. O, 4 illik cəzalanıb. Zeynalovun cəza müddəti bu il martın 7-dən hesablanır.
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...
-
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
...
-
Millimizin oyunları türkiyəli və estoniyalı hakimlərə tapşırıldı
...
-
“Neftçi” – “Spartak” matçının başlama saatı açıqlandı
...
-
“Beşiktaş” Qurban Qurbanovu istəyir
...
-
Azərbaycan Kubokunun finalı bu stadionda olacaq
...
-
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Ümumi Yığıncağı keçirilib
...