"Avrora" MMC gömrükdən necə keçir?

18:01 11-07-2019 | icon 3104

Dövlət Gömrük Komitəsinin ( DGK ) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirmişdi ki, Azərbaycanda inhisarçılıq yoxdur: "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”. 

 

 Cənab Mehdiyevin pafoslu çıxışına baxmayaraq hər gün mediada  DGK-da baş verən qanunsuzluqlarla bağlı kifayət qədər faktlar göstərilir. 

Məlumata görə, "Avrora" MMC  topdansatış şirkəti Rusiyadan Azərbaycana ərzaq-qida məhsulları gətirir. 

Məlumata görə, bu şirkətin məhsulları  heç bir gömrük qeydiyyatı olmadan "Yaşıl dəhliz"dən, yəni sərhəddən birbaşa Xırdalandakı anbarlara gətirilir. Yəni qanunsuz yolla ölkəyə mal idxal olunur. 

Mənbənin məlumatına görə, "Avrora" şirkətinin hamisi  Fövqəladə Hallar Nazirliyinin şefi  cənab Kəmaləddin Heydərovdur. Şirkət məhsullarını realizə etmək üçün ölkəmizdə "Bolmart" supermarketlər şəbəkəsini yaradıb. 

Mətbuat üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “Avrora” şirkəti   Ukrayna, Rusiya qida məhsullarının  markasını saxtalaşdıraraq ölkəmizdə  satır. Qarşı tərəfin mövqeyini  dərc etməyə hazırıq. (nuh.az)


Digər xəbərlər

0.34737801551819