"Avrora" MMC gömrükdən necə keçir?
Dövlət Gömrük Komitəsinin ( DGK ) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirmişdi ki, Azərbaycanda inhisarçılıq yoxdur: "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”.
Cənab Mehdiyevin pafoslu çıxışına baxmayaraq hər gün mediada DGK-da baş verən qanunsuzluqlarla bağlı kifayət qədər faktlar göstərilir.
Məlumata görə, "Avrora" MMC topdansatış şirkəti Rusiyadan Azərbaycana ərzaq-qida məhsulları gətirir.
Məlumata görə, bu şirkətin məhsulları heç bir gömrük qeydiyyatı olmadan "Yaşıl dəhliz"dən, yəni sərhəddən birbaşa Xırdalandakı anbarlara gətirilir. Yəni qanunsuz yolla ölkəyə mal idxal olunur.
Mənbənin məlumatına görə, "Avrora" şirkətinin hamisi Fövqəladə Hallar Nazirliyinin şefi cənab Kəmaləddin Heydərovdur. Şirkət məhsullarını realizə etmək üçün ölkəmizdə "Bolmart" supermarketlər şəbəkəsini yaradıb.
Mətbuat üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “Avrora” şirkəti Ukrayna, Rusiya qida məhsullarının markasını saxtalaşdıraraq ölkəmizdə satır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (nuh.az)
-
“Nar” “Stevie” mükafatına layiq görüldü
...
-
“Azeri Light” bahalaşdı
...
-
“Azeri Light” 89 dollara satılır
...
-
“Nar” abunəçiləri parkinq xidmətini SMS ilə ödəyə biləcək
...
-
Bakıda orta aylıq əməkhaqqı bu qədərdir
...
-
“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma
...
-
"Nar"dan yeni xidmət: NaviMax GPS izləmə imkanı
...
-
“Volt Azərbaycan”ın fəaliyyəti dayandırıldı
...
-
Neftimiz bahalaşmaqda davam edir
...
-
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmazda yerləşən istirahət mərkəzlərində olub
...