Binəqədidəki 193 saylı uşaq bağçasının müdirəsi Nailə Əliyevanın "pul sezon"u
Bəzi "hərşeyşünas"lar iddia edir ki, guya rüşvətxorluq bizim millətin qanındadır. Bunu sübut etmək üçün dahi Füzulinin "Salam vedim rüşvət deyildir deyə almadılar" misrasını əsas gətirənlər də az deyil. Hətta bir neçə il əvvəl keçmiş millət vəkili, sonradan həbsxana həyatı yaşayan, hazırda meşədi xanım olan Gülər Əhmədova da iddia edirdi ki, guya rüşvət bizim milli mentalitetimizdən irəli gəlir. Ancaq bütün bunlar mənasız fikirlərdir. Əslində bizdə mövcud olan reallıq insanları rüşvət verməyə və almağa məcbur edir. Bunun milli-etnik-dini mənsubiyyətə dəxli yoxdur. Belə ki, ilk dəfə uşaq bağçasına qədəm qoyan uşaq görür ki, valideyni onun bağçaya götürülməsi üçün bağça müdirəsinə rüşvət verməyə məcburdur. Və bu məqam uşağın yaddaşında ömürlük qalır. Beləcə az yaşlı uşaqda rüşvət vermək və almaq barədə "travma" yaranır. Və bu ömürlük dvam edir.
Belə bağça müdirələrindən biri də Binəqədi rayonunda yerləşən 193 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Nailə Əliyevadır. Məlumat üçün qeyd edək ki, bağça 1973-cı ildən fəaliyyət göstərir. Məlumata görə, dövlətin hesabına fəaliyyət göstərən bağçanın müdirəsi Nailə Əliyeva körpə uşağların bağçaya qəbulu üçün 300-400 manat tələb edir. Pul olmadıqda isə müdirə xanım "yerimiz yoxdur" cavabı ilə valideynləri başından edir. Bir soruşan yoxdur ki, bu uşaq bağçası Nailə xanımın özəl müəssisəsidir, yoxsa dövlətin? Bəlkə bağçanın qurulması, təmiri üçün Nailə Əliyeva cibindən pul xərcləyib? Yaxşı olar ki, bu suallara cavabı hüquq-mühafizə orqanları Nailə Əliyevadan soruşsun. Hazırda Nailə Əliyevanın "pul sezon"u başlayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
-
Abdolbari Gozal yubiley medalı ilə təltif olunub - Fotolar
...
-
Külək, yağış, 22° isti - Sabahın havası
...
-
Abşeron rayonunda iftar süfrəsi açılıb
...
-
Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 24° isti olacaq
...
-
Vatsapda dəyişiklik - yaş həddi endirilir
...
-
Ramazanın 23-cü gününün duası - İmsak və iftar vaxtı
...
-
BDU-nun parlayan ulduzu - Ulduz Əhmədov 45
...
-
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” adlı elmi-nəzəri konfrans keçirilib
...
-
Sabah əsl yaz havası olacaq - 25° isti
...