Binəqədidəki 193 saylı uşaq bağçasının müdirəsi Nailə Əliyevanın  "pul sezon"u

18:18 11-07-2019 | icon 3469
Binəqədidəki 193 saylı uşaq bağçasının müdirəsi Nailə Əliyevanın  

Bəzi  "hərşeyşünas"lar iddia edir ki, guya rüşvətxorluq  bizim millətin qanındadır. Bunu sübut etmək üçün dahi Füzulinin "Salam vedim rüşvət deyildir deyə almadılar" misrasını əsas gətirənlər də az deyil.   Hətta bir neçə il əvvəl keçmiş millət vəkili, sonradan həbsxana həyatı yaşayan, hazırda meşədi xanım olan Gülər Əhmədova da iddia edirdi ki, guya rüşvət bizim milli mentalitetimizdən irəli gəlir. Ancaq bütün bunlar mənasız fikirlərdir. Əslində bizdə mövcud olan reallıq insanları rüşvət verməyə və almağa məcbur edir. Bunun milli-etnik-dini mənsubiyyətə dəxli yoxdur. Belə ki, ilk dəfə uşaq bağçasına qədəm qoyan uşaq görür ki, valideyni onun bağçaya götürülməsi üçün bağça müdirəsinə rüşvət verməyə məcburdur. Və bu məqam uşağın yaddaşında ömürlük qalır. Beləcə az yaşlı uşaqda rüşvət vermək və almaq barədə "travma" yaranır. Və bu ömürlük dvam edir

 

Belə bağça müdirələrindən biri də Binəqədi rayonunda yerləşən 193 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Nailə Əliyevadır. Məlumat üçün qeyd edək ki, bağça 1973-cı ildən fəaliyyət göstərir. Məlumata görə, dövlətin hesabına fəaliyyət göstərən bağçanın müdirəsi Nailə Əliyeva körpə uşağların bağçaya qəbulu üçün 300-400 manat tələb edir. Pul olmadıqda isə müdirə xanım "yerimiz yoxdur"  cavabı ilə valideynləri başından edir. Bir soruşan yoxdur ki, bu uşaq bağçası Nailə xanımın özəl müəssisəsidir, yoxsa dövlətin? Bəlkə bağçanın qurulması, təmiri üçün Nailə Əliyeva cibindən pul xərcləyib? Yaxşı olar ki, bu suallara cavabı hüquq-mühafizə orqanları Nailə Əliyevadan soruşsun. Hazırda  Nailə Əliyevanın "pul sezon"u başlayıb. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər

0.2352077960968