“Səbail” uduzdu, “Neftçi”dən darmadağın - Fotolar+Videolar

02:59 12-07-2019 | icon 3784
“Səbail” uduzdu, “Neftçi”dən darmadağın - Fotolar+Videolar

Bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinə start verilib. Ölkəmizi turnirdə təmsil edən 3 komandadan ikisi də məhz bu gün meydana çıxıb. 

“Səbail” evdə Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsiylə yekunlaşıb. 

“Neftçi” isə səfərdə Moldova “Sperantsa”sının qonağı olub. Qarşılaşma Azərbaycan klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Avropa Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

11 iyul

“Səbail” (Azərbaycan)– “Universitatya Krayova”(Rumıniya) - 2:3

Qollar: Ağabala Ramazanov, 33, 82 - Mateiu, 13, Banku, 51, Roman, 67
Hakimlər: Fyodor Zammit, Dankan Sultana, Teodore Zammit, Mario Apap (Hamısı Malta)
Bakı. "ASCO Arena".

“Sperantsa” (Moldova) – “Neftçi” (Azərbaycan) 0:3 (İkinci hissə)

Qollar: Emin Mahmudov, 17 (pen), Monroz, 36, Rəhman Hacıyev, 76

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

Kişinyov, "Zimbru" stadionu

Fotolar: Pərviz Zeynal

 












Digər xəbərlər

0.29800391197205