“Bunu fikirləşmək axmaqlıq olar” - “Neftçi”nin baş məşqçisi

03:00 12-07-2019 | icon 3108
“Bunu fikirləşmək axmaqlıq olar” - “Neftçi”nin baş məşqçisi

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Sperentsa”ya qalib gəldikləri oyunu şərh edib.

Italiyalı mütəxəssis 3:0 hesablı nəticədən razı qaldığını bildirib:

 

“Ən çox futbolçuların yeni mövsümdə ilk oyuna yanaşmalarından razı qalıdm. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər. Mənim üçün əsas bu, idi. Artıq mərhələni keçdiyimizi fikirləşmək böyük axmaqlıq olardı. Buna görə cavab oyununu düşünmək lazımdır. Bizi qarşıda hələ bir həftə gözləyir. Cavab oyununa da yaxşı hazırlşamalıyıq.  Meydanın vəziyyəti də yaxşı deyildi. İlk hissədə rəqib qapımıza cəmi 1 zərbə vurdu. Yeni mövsümdə ilk rəsmi matça yaxşı başlamağımız mühüm idi. Futbolçularıma tapşırmışdım ki, oyuna diktə edən tərəf biz olaq”.


Digər xəbərlər

0.25995993614197