Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

11:17 13-07-2019 | icon 2953
Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Daxili İşlər naziri Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin edib.

Nazirin əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, “Bandotdel”in bundan öncəki rəisi Seyfulla Əzimov nazirin birinci müavini təyin edilib.

 

Xatırladaq ki, polkovnik Ə.Rzayev Nəsimidən əvvəl Şəki və Sabunçu rayon Polis İdarələrinin rəisi işləyib. O, eyni zamanda, BDU-nun "Konstitusiya hüququ kafedrası"nın müəllimidir.

Fotoda Əbülfət Rzayev 

 


Digər xəbərlər

0.27739000320435