Ramil Şeydayev “Dinamo”da debüt etdi

11:23 13-07-2019 | icon 2708
Ramil Şeydayev “Dinamo”da debüt etdi

Futbol üzrə Azərbaycan millisinin üzvü Ramil Şeydayev yeni transfer olunduğu Moskva “Dinamo”sunda rəsmən debüt edib.

O, Rusiya Premyer Liqasının 2019/2020 mövsümünün ilk turunda Tula “Arsenal”ına qarşı keçirilən oyunda meydana çıxıb.

 

Matça start heyətdə başlayan gənc hücumçu qarşılaşmanın 87-ci dəqiqəsində Vyaçeslav Qrulevlə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Digər xəbərlər

0.26261496543884