Bakıda möhtəşəm toy - Zakir Həsənov qiymətli hədiyyə göndərdi

13:23 14-07-2019 | icon 2928
Bakıda möhtəşəm toy - Zakir Həsənov qiymətli hədiyyə göndərdi

 Aprel döyüşlərində şəhid olan Nurəddin Mirzəyevin qardaşı Nəcməddin Mirzəyevlə eyni döyüşdə şəhid olan Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toyu olub.

Bakıda keçirilən toy mərasimində millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər iştirak edib.

Bundan başqa Əməkdar artistlər Rafael İsgəndərovla, Coşqun Rəhimov da toy mərasimində iştirak edənlər arasındadır.

 

Müdafiə naziri Zakir Həsənov bəylə gəlinə təbrik məktubu göndərməklə yanaşı, onlara qiymətli hədiyyə bağışlayıb.

 

 






Digər xəbərlər

0.24483394622803