Cüdoçumuz bürünc medal qazandı - Fotolar

13:56 14-07-2019 | icon 3326
Cüdoçumuz bürünc medal qazandı - Fotolar

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Qran-Pri yarışı davam edir.

Beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçusu Telman Vəliyev (73 kq) milli komandamızın aktivinə medal yazdırıb. İdmançımız Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev üçüncü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

 

Qeyd edək ki, Qran-Pri turnirində dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.

 


 

Digər xəbərlər

0.30884408950806