“Bu, böhtandır” - “Araz” supermarketdən ittihamlara cavab
“Araz Supermarketlər Şəbəkəsi heç bir məhsulun tarixini dəyişmir”.
Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Araz Supermarketlər Şəbəkəsinin PR meneceri Billurə Əmirova deyib.
“Bu, böhtandır. Araz Supermarketlər Şəbəkəsinə qarşı qarayaxma kampaniyasıdır. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq”, - deyə PR menecer bildirib.
Xatırladaq ki, Bakı sakini “Araz” supermarketdə satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçi olmuşdu. O, “Qafqazinfo”ya şikayətində bildirmişdi ki, Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul barəsindəki etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib. “Məhsul üzərinə istehsal və son istifadə tarixini yalnız istehsalçı şirkət vura bilər. Marketin etdiyi bu hərəkət isə qanunsuzluqdur”, - deyə şikayətçi əlavə etmişdi.
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...