İsmayıllıda fəxr ediləsi, qürur duyulası sürətli inkişafın şahidiyik

13:33 15-07-2019 | icon 1985
İsmayıllıda fəxr ediləsi, qürur duyulası sürətli inkişafın şahidiyik

Təhsilimizin yaxın keçmişini bu günümüzün konteksində təhlil edərkən inkişafla
bağlı dövrləri mərhələlər üzrə birləşdirmək daha məqəsədəmüvafiq olar.
Müstəqilliyimizin ilk illərində təhsil sahəsində müxtəlif çətinliklər və problemlər yaşanırdı.
Bu problemlər ˗ məktəblərlə bağlı infrastrukturun yenilənməsi, dərsliklərin və təhsil
proqramlarının dövrün inkişaf tempinin tələblərinə uyğun tərtib edilməsində təzahür
edirdi. Ulu öndərin hakimiyyəti dövründən başlayaraq ölkənin gələcək müstəqilliyi və
möhkəmlənməsi üçün strateji əhəmiyyət kəsb edən belə ciddi məsələlərin mərhələli
həlllinə yönəlik tədbirlər ardıcıl həyata keçirilməyə başladı.
Təhsilin inkişafı ilə bağlı ikinci ˗ müasir mərhələnin başlanğıcını isə Ulu öndərin
siyasi davamçısı cənab Prezident İlham Əliyevin hakimiyyəti dövüründən sərhədləmək
olar. Məhz həmin dövrdən başlayaraq, xüsusi qayğı nəticəsində Azərbaycan təhsilində
forma və məzmunca yeni inkişaf səviyyəsi müşahidə olunmağa baışladı. Onun “Bütün
işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün
dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”- fikrində
qeyd olunanlar mahiyyətcə öz təsdiqinə qovuşur.
Son illər İsmayıllı rayonunun təhsil sistemində normativ-hüquqi bazanın
yaradılması, müasir texnologiyaların tətbiqi, imkanlarına görə məzmunca təhsilin
yeniləşdirilməsi və təkmilləşdirilməsi, həmçinin idarəçilikdə demokratik dəyərlərin daim
ön plana çəkilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi vacib fəaliyyət
istiqamətləri artmaqdadır.
Zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı rayonunda təhsil 2018- 2019-
cu tədris ilində daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki
bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə
müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata
keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik
yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman
yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.
Ölkəmizdə olduğu kimi, İsmayıllıda da son illər təhsilin inkişafına olan qayğı,
tələbkarlıq öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin Sərəncamı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət
Proqramına uyğun olaraq yeni məktəb binalarının tikilməsi və bəzilərinin əsaslı təmir
olunması rayonun təhsillə bağlı göstəriciləri daha da artmışdır.
Son iki ildə Rayonun ucqar ərazilərində yerləşən Yenikənd, Tağlabiyan, Gəndov,
Uştalqışlaq kəndlərində modul tipli məktəb binaları tikilərək istifadəyə verilib. Bununla
yanaşı, eyni layihə əsasında tikilən Girk kənd məktəbinin binası da istifadəyə verilmək
ərəfəsindədir.
Son 15 ildə rayonda məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində
Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Ulu öndərin ideyalarına
söykənərək xalqının maariflənməsi üçün çalışan Fond, bu günün şagirdlərinin sabahın
layiqli vətəndaşları kimi böyüməsində çox böyük humanist, məqsədyönlü siyasət həyata

keçirir. Fondun təşəbbüsü ilə daha bir məktəb 360 yerlik Gəraybəyli kənd tam orta
məktəbi tikilir.
Dövlətin rayona olan diqqəti gündəlik həyatda da hiss olunur. Eyni zamanda,
regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, həyat şəraitinin
yaxşılaşdırılması və məşğulluğun artırılması ilə bağlı qəbul olunan Dövlət
Proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilir. Rayonun inkişafı, insanların
həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması ilə bağlı cənab Prezidentin
verdiyi sərancamlar müəllimlər üçün, ümumilikdə İsmayıllı təhsili üçün ən böyük
hədiyyədir
Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın açılışnda iştirak etdiyi Lahıc qəsəbə 410 yerlik tam
orta məktəb binasının istifadəyə verilməsi qəsəbə sakinlərinin sevincinə səbəb oldu.
Cənab Prezident Basqal
qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Sərncam
vermişdir. Hal- hazırda tikintisi yekunlaşmaq üzrədir, Yeni dərs ilinə kimi istifadəsi
nəzərdə tutulmuşdur. Tarixi qədim olan Basqal qəsəbəsinin restavrasiya olunaraq
keçmiş tarixi görkəminə qaytarılması cənab İlham Əliyevin ismayıllılara daha bir
töhfəsidir.
Cənab Prezidentin 22 sentyabr 2014-cü ildə rayona səfəri zamanı ictimaiyyət
nümayəndələri ilə görüşündə “Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik
tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənir. Mən də Prezident kimi
daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam” deyən ölkə rəhbəri bir
daha xalqın xidmətçisi olmağın ən şərəfli iş olduğunu öz şəxsi nümunəsində göstərmiş
oldu.
Regionların kompleks inkişafını hədəfləyən bütün növ fəaliyyətlərin əsas
məqsədi, ümumilikdə respublikamızın sosial - iqtisadi vəziyyətini günü-gündən inkişaf
etdirmək, onu yüksək təhsilə, elmə və iqtisadi göstəricilərə malik qüdrətli bir
məmmləkətə çevirməkdir. Azərbaycanı sevən, onun uğurlu sabahlarını düşünən bir
gənc olaraq doğma İsmayıllımızın gözəlləşən simasında ölkəmizdəki inkişafı görmək
mənə yalnız qürur verir. Bütün bunlara görə, hər zaman xalqının yanında olan, ulu
öndərin milli ideyalarını layiqincə davam etdirən Prezidentimə minnətdaram.
Gündən – günə mənəvi və maddi baxımdan zənginləşən İsmayıllını fikrən seyr
etdikcə, düşüncələrimdə təhlillər apardıqca cənab Prezident İlham Əliyevə minnətdar
olur, qürur duyuram ki, Azərbaycan vətəndaşıyam, İsmayıllı sakiniyəm.


Leyla Əsədova
Keyvəndi kənd tam orta
məktəbin ingilis dili müəllimi


Digər xəbərlər

0.3097128868103