Azərbaycanlı hakim dünya çempionatında

09:56 16-07-2019 | icon 2543
Azərbaycanlı hakim dünya çempionatında

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinat alıb. 

 Məmmədov iyulun 17-də Rusiyanın paytaxtı Moskvada start götürəcək dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb. İyulun 28-dək davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək. Milli iyulun 19-da, 21-də və 22-də müvafiq olaraq Ukrayna, İspaniya və Latviya yığmaları ilə qarşılaşacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. 


Digər xəbərlər

0.24141097068787