“Topaz Futbol Festivalı 2019”un qalibləri müəyyənləşib - FOTOLAR
Şağan Olimpiya İdman Komleksində mini-futbol üzrə “Topaz Futbol Festivalı 2019”un final mərhələsi keçirilib. Açılış mərasimindən sonra həlledici mərhələyə vəsiqə qazanmış 8 komanda - “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Xırdalan” və “Sumqayıt-70” komandaları birincilik uğrunda mübarizə aparıb.
“Sumqayıt-70” komandası yarışın baş mükafatına sahib olub. “Xırdalan” ikinci, “Füzuli” isə üçüncü yerdə qərarlaşıb.
Qalib komandalara kubok, medal, diplomlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini təqdim edib.
Tədbir çərçivəsində müxtəlif viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olunub.
Onu da nəzərinizə çatdıraq ki, turnir ənənəvi xarakter daşıyaraq hər il keçiriləcək.
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...
-
"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
...
-
“Xanlıq”dan sensasiya, “Ərgünəş” yenə xalsız qaldı
...
-
Futboldan ömürlük uzaqlaşdırıldılar - Azərbaycanda danışılmış oyunlar
...