10 aylıq körpənin ölümünə görə həkimlər işdən çıxarıldı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini Cavid Ələkbərovun 10 aylıq uşağının ölümü ilə bağlı iddialara cavab verib.
Qurumdan bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon sakini 06.09.2018-ci il təvəllüdlü Ələkbərli Türkel Cavid oğlunun ölümü ilə bağlı hadisəni araşdırıb. Araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 07.07-08.07.2019-cu il tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatları və başvermə səbəbləri haqqında izahatları alınıb.
Hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb.
Qeyd edək ki, uşağın atası Cavid Ələkbərovun iddiasına görə, uşağın ölümünə Bakıya gətirilməsi üçün təcili tibbi yardım maşınının ayrılmaması səbəb olub. O qeyd edib ki, Türkeli ilk olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin orada lazımi tibbi avadanlığın olmadığını bildiriblər, bu səbəbdən həkim ona uşağı Mingəçevirə aparmağı məsləhət bilib. Mingəçevirdə də valideynə eyni sözlər deyilib. Çarəsiz qalan ata uşağı Bakıya aparmaq istəsə də, ona təcili tibbi yardım maşını ayrılmayıb. Bir neçə dəqiqədən sonra isə ataya deyilib ki, aparata qoşulan uşaq artıq keçinib.
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...