İcra başçısı xanım direktoru özünə müavin təyin etdi

02:22 17-07-2019 | icon 3326
İcra başçısı xanım direktoru özünə müavin təyin etdi

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  özünə yeni müavin təyin edib. 

Siraqəddin Cabbarovun əmri ilə, Ceyran Xəlilova Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.

 


Digər xəbərlər

0.30835485458374