“BDU-dakı son dəyişikliklərə müqavimət göstərənlər var” - Rektor
Son aylar ərzində Bakı Dövlət Universitetində aparılan dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Buna açıq şəkildə müqavimət göstərənlər də var.
Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Ali təhsil müəssisələrində piar: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, universitetlər piar sahəsində rəqabət aparmalıdır, amma bu rəqabət sağlam olmalıdır: "Təəssüflər olsun ki, bəzən bu rəqabət çərçivədən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bizim təhsil sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada mən universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".
Bu il BDU-nun 100 ili qeyd olunduğunu xatırladan rektor qeyd edib ki, mətbuat və informasiya sahəsində işlərini yenidən qurmaq üçün digər təcrübələri öyrənirlər.
E.Babayev onu da əlavə edib ki, bu gün Azərbaycanın söz azadlığı sahəsində çox böyük uğurları var: "Nə qədər gözü götürməyən qüvvələr olsa da, qara yaxmağa çalışsalar da, Azərbaycanda kifayət qədər söz azadlığı mövcuddur".
-
Müəllimlər maaş artımını yaxın günlərdə alacaq - Rəsmi
...
-
Talış kəndində ilk dərs keçirilib - Fotolar
...
-
ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir - FOTOLAR
...
-
Məktəblərdə bayram tətili bu tarixdən başlayır
...
-
Emin Əmrullayev BŞTİ-də struktur dəyişikliyi etdi
...
-
AHİK Təhsilin İnkişafı Fonduna 10 000 manat ianə edib
...
-
“2-3 ilə müəllimlərin orta maaşı 1000 manatdan çox olacaq”
...
-
Müəllimlərin maaşı artırıldı - Sərəncam
...
-
Məktəblərdə yeni şagird davranış qaydalarının tətbiqinə başlanıldı
...
-
Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
...