“Bir stadionda oynaya bilmirik” - Qurban Qurbanov şikayətləndi
“İlk oyundan rəqibi tanıdıq, ciddi komandadır. Çox düzgün və aqressiv formada müdafiə olunurlar. Həm də sürətli əks-hücumlar təşkil edirlər”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Albaniyanın “Partizani” komandası ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.
47 yaşlı mütəxəssis “Azərsun Arena”da baş tutan mətbuat konfransından bildirib ki, diqqətli olmağa çalışacaqlar:
“Bu cür rəqiblərə qarşı oynamışıq. Rəqib düşərgənin açıqlamalarından da görünür ki, istəklidirlər. Biz də çalışacağıq ki, həddindən artıq diqqətli olaq. Təcrübəmiz var. Bəzən xeyli uğur əldə edəndən sonra hansısa turnirdə mənfi nəticə olur. Sabah təcrübə və səbrin bizə faydası olmalıdır.
Son illərdə bir stadionda oynaya bilmirik. Bu barədə danışmaq istəməzdim. Bu amil bizə mənfi təsir göstərir. Bizim üçün ən uyğun arena Tofiq Bəhramov adına Respublika stadionudur. Ancaq istənilən meydanda oynamalıyıq”.
Baş məşqçi penalti seriyasına köklənmədiklərini bildirib: “Penalti seriyasına hər bir komanda hazır olmalıdır. Ancaq futbolçularla hər zaman ümumi oyun haqda danışıram. Əvvəlcədən penalti seriyası barəsində düşünməkləri yaxşı deyil”.
Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” oyunu saat 21:00-da başlanacaq. Bu komandalar arasında Tiranada baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...