Dəhşətli qəza: 6 nəfər diri-diri yandı

03:08 17-07-2019 | icon 3527
Dəhşətli qəza: 6 nəfər diri-diri yandı

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində qanunsuz yolla yanacaq aparan "Peugeot Pars" minik avtomobili avtobusla toqquşub.

Bunu İranın Sistan və Bəluçestan vilayətinin İranşəhr Tibb Elmləri Universitetinin fövqəladə hallar və təcili yardım idarəsinin direktoru Mahmudrza Naseh deyib.

M.Nasehin sözlərinə görə, hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi alışıb: "Minik avtomobilinin 2, avtobusun isə 4 sərnişini yanaraq həlak olub".

Naseh qanunsuz yolla yanacağın ölkədən çıxarılmasının Sistan və Bəluçestan vilayətində magistral yolların təhlükəli olmasına gətirib çıxardığını deyib (Trend).


Digər xəbərlər

0.25536799430847