“Gilan Holding”-dən KİV nümayəndələri üçün təlim
“Əkinçi” qəzetinin nəşrindən bu günə kimi dilimizin zənginliyini bütün dünyaya bəyan edən, Azərbaycanın böyük sərvəti və dəyəri olan milli mətbuatımız, fəaliyyətinin 144 illiyini qeyd etməyə hazırlaşır. Ölkədə müxtəlif uğurlu layihələrin həyata keçirilməsində dəstək göstərən “Gilan Holding”, proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramını təşkil edəcək.
Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordman olacaq. O, “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrində çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman, “Gilan Holding”-in dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşəcək.
20 və 21 iyul tarixlərində, “Pullman” otelində baş tutacaq təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunacaq. Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanacaq.
-
Azərbaycan neftinin qiyməti 87 dollara çatır
...
-
“Nar” qəbul imtahanının bitməsi münasibətilə abituriyentləri təbrik edir
...
-
Taksilərin qiyməti bahalaşdı
...
-
Milli Mətbuat Günü münasibətilə intellektual yarış keçirildi - Fotolar
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...
-
Azərbaycan nefti 84 dollara satılır
...
-
Neft Emalı Zavoduna yeni direktor təyin olundu
...
-
Azərbaycan nefti 84 dollara satılır
...
-
Taksilərə nəzarət gücləndiriləcək - Layihə qəbul olundu
...
-
Azərbaycan nefti bu qiymətə satılır
...