“Dundalk” – “Qarabağ” matçının vaxtı bəlli oldu

12:36 19-07-2019 | icon 1704
“Dundalk” – “Qarabağ” matçının vaxtı bəlli oldu

Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Dundalk” – “Qarabağ” görüşünün vaxtı müəyyənləşib. Komandalar arasında ilk oyun İrlandiyada baş tutacaq.

Belə ki, Azərbaycan çempionu iyulun 24-də Dundalkda yerli komandanın qonağı olacaq. “Oriel Park”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

Cavab matçı isə iyulun 31-də Bakıda keçiriləcək və 21:00-da başlayacaq.


Digər xəbərlər

0.27021098136902