İcra başçısı kənd sakinlərini qəbul etdi
Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Aratlı Curuğlu kəndindən olan sakinlərlə görüşüb.
Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin binasında keçirilən və rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafdan geniş söhbət aparılıb.
Eyni zamanda ərazidə mövcud çatışmazlıqlardan və həlli vacib problemlərdən də danışılmışdır. Vətəndaşlar tərəfindən fevralın 5 və 6-da baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş fərdi yaşayış evlərinin tikintisi və təmiri, Aratlı Curuğlu kəndini inzibati ərazi dairəsinin digər yaşayış məntəqələri ilə əlaqələndirən asma piyada körpünün bərpası, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi ilə təmin olunma, elektriklə təchizatda çoxsaylı, uzunmüddətli fasilələrin aradan qaldırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar xahiş və təkliflər səsləndirilib.
Müraciət və təkliflər araşdırılaraq nəzarətə götürülməklə onların icrası ilə bağlı vətəndaşlara qanunauyğun izahat verilib, həmçinin aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...
-
Rəsmi Bakıdan Paşinyana - Cavab
...
-
Prezident seçkilərinin yekun nəticələri açıqlandı
...
-
Nazirlər nə vaxt istefaya gedir?
...
-
Prezidentlə oğlu “Akıncı” hücum PUA-larının uçuşunu izlədi - Video
...